NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, R.T.Ərdoğanla geniş müzakirələr aparıblar: "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Özbəkistanın bayrağı çatışmır. Özbəkistan bayrağı da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasındakı bayraqlar arasında yer alacaq. Şuranın Qırğızıstan paytaxtı Bişkekdə keçiriləcək sammitinə Özbəkistan da qatılacaq. Bu çox böyük və önəmli qərardır".
Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda Türkdilli dövlətlərin sammiti keçirilib. Sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb. Sənədi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan imzalayıb. Özbəkistanın üzv olması ilə Şura üzvlərinin sayı 5-ə çatacaq.