Ermənistanın növbəti mina xəritələrini Azərbaycana verməsi Türkiyə mediasında geniş işıqlandırılıb - FOTOLAR

A- A A+

Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim etməsi barədə rəsmi məlumat Türkiyənin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu agentliyi, “TRT Haber”, “TRT Avaz”, “Haber türk” telekanalları və digər media orqanları bununla bağlı ölkə ictimaiyyətini ətraflı məlumatlandırıb.

Türkiyə mediasında yayılan xəbərlərdə qeyd edilir ki, humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum olunmuş və cəza müddəti bitmiş 15 nəfər Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib. Bundan əvvəl də bir qrup erməninin qaytarılması müqabilində işğalçıların Ağdam rayonunda basdırdıqları 97 min minanın xəritəsi Azərbaycana verilmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: