Almaniyanın xəbər portalında Azərbaycan çaylarının Ermənistan tərəfindən çirkləndirilməsi barədə məqalə dərc edilib

A- A A+

Almaniyanın nüfuzlu “TRT Deutsch” xəbər portalında “Azərbaycan Ermənistan şirkətləri tərəfindən ətraf mühitin çirkləndirilməsini tənqid edir” sərlövhəli məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Ermənistan şirkətləri tərəfindən istehsal tullantıları ilə bağlı həyəcan təbili çalınır. Bu tullantılar Azərbaycanın su ehtiyatlarının, xüsusən də Oxçuçayın çirkləndirilməsi ilə nəticələnir. Bu günlərdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bəyan edib ki, Araz çayının kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında istifadə olunan bu qolu Ermənistan ərazisində çıxarılan faydalı qazıntıların tullantıları ilə çirkləndirilib. Bu ərazidəki indiki vəziyyət ekoloji fəlakət kimi dəyərləndirilməlidir. Nazir hesab edir ki, bu vəziyyət təkcə Azərbaycan üçün deyil, İran üçün də ciddi problemə çevrilib. “Ermənistan hökuməti başa düşməlidir ki, o, məsuliyyətdən boyun qaçıra bilməyəcək”, - deyə nəşr C.Bayramovun sözlərindən sitat gətirir.

Məqalədə qeyd olunur ki, alman şirkətləri bu çirkləndirilməyə görə daha böyük məsuliyyət daşıyır. Karlsruedə (Almaniya) yerləşən “Cronimet” şirkətlər qrupu Ermənistanda ən iri vergiödəyicisi olan Zəngəzur mis-molibden kombinatının əsas səhmdarıdır. O, kombinatın səhmlərinin 60 faizinin sahibidir. Britaniya şirkəti tərəfindən alınandan sonra “Chaarat Kapan CJSC” qapalı səhmdar cəmiyyəti adlandırılan Qafan dağ-zənginləşdirmə kombinatı da tənqid olunan obyektlər sırasındadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: