Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir - DSX

A- A A+

Azərbaycan Respublikasının vətəndaşları yaşından asılı olmayaraq yalnız biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyə Respublikasına birbaşa səfərlər edə bilərlər.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, köhnə nəsil şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişə icazə verilmir. Həmçinin bildirilib ki, bu qanun Türkiyədən gələn vətəndaşlar üçün də keçərlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları ilə əvvəlki qaydada Türkiyəyə səfər edə bilərlər. Köhnə nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq 15 yaşına qədər uşaqlara verilən biometrik şəxsiyyət vəsiqələrində onların fotoşəkli yerləşdirilir, sadəcə imzası göstərilmir.

Xatırladaq ki, Türkiyə şəxsiyyət vəsiqələri ilə gedilə biləcək ölkələrə - Moldova, Ukrayna, Gürcüstan və Azərbaycana - 15 yaşından aşağı vətəndaşlara verilən şəkilsiz kimliklərlə səyahət edilməsini qadağan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: