Sergey Lavrov avqustun 14-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək. NUHÇIXAN xəbər verir ki, Lavrov Çavuşoğlu ilə Suriya, iki ölkənin ticari-iqtisadi münasibətləri haqqında müzakirə aparacaq.
O, həmçinin Türkiyənin beynəlxalq təşkilatlar yanında səfir və daimi nümayəndələrinin müşavirəsində çıxış edərək Rusiyanın xarici siyasəti barədə məlumat verəcək.
Nazirlər həmçinin "Türk axını" qaz kəmərinin tikintisi və "Akkuyu" AES-nin inşasından danışacaqlar.