Xankəndi erməniləri Bakıya zəng edib nə istədilər? - VİDEO
Sən demə ermənilərin sosial şəbəkələrdəki aqressiv yazıları sadəcə görüntüdür. Əslində isə Qarabağda yaşayan ermənilər rəsmi Bakı ilə əlaqə yaratmağı, onlara kömək göstərilməsini çoxdan gözləyirlər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İTV-nin hazırladığı süjetdə bildirilib.
Qeyd olunub ki, Tural Gəncəliyevin "WhatsApp" nömrəsinə hər gün gələn videozənglər və yazılı mesajlar deyilənləri sübut etmək üçün yetərlidir.
Bəs görəsən, ermənilər millət vəkilimizdən nə istəyirlər?