Rusiyalı politoloq: "Şərqi Zəngəzur iqtisadi rayonu inkişafa güclü təkan olacaq"

A- A A+

“Azərbaycan həm hərbi, həm də diplomatik qələbə qazanıb. 44 günlük müharibə nəticəsində qaytarılan torpaqlar artıq bərpa olunmalı, insanların normal yaşayışı üçün əlverişli vəziyyətə gətirilməlidir. Həm də Qarabağ daha sürətli, tarazlı, səmərəli bərpa olması üçün vahid bölgə olaraq inkişaf etdirilməlidir. İşğalçıların dağıtdıqlarının yerinə yeni, müasir infrastrukturun qurulması çox mühümdür”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında rusiyalı politoloq Sergei Markov Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasına münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, Qarabağ bölgəsi tarazlı şəkildə, yəni həm kənd təsərrüfatını, həm də müasir istehsalat sahələrini ehtiva etmək şərtilə inkişaf etdirilməlidir. Bu baxımdan dünya təcrübəsindən yararlanmaq kara gələr.

“Bölgənin kompleks inkişafı mühüm əhəmiyyət daşıyır və iqtisadiyyata böyük təkan verə bilər. Ermənilər məğlub oldular. İndi Ermənistan rəhbərlərinin hansısa etiraz bildirmələri sırf keçmişin əks-sədasıdır və sadəcə qısqanclıq hissindən irəli gəlir”, - rusiyalı politoloq qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: