Azərbaycanda işgüzar səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 18-də Bakı Şəhidlər xiyabanını ziyarət etməsi ilə bağlı özünün tviter hesabında paylaşım edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, paylaşımda deyilir:
“Bakıda Şəhidlər xiyabanında Azərbaycana qarşı sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim. Təhlükəsiz, sabit və çiçəklənən Cənubi Qafqaz regionu Avropa İttifaqının marağındadır və bizim Şərq tərəfdaşlığımızın ayrılmaz hissəsidir. Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir”.