Gürcüstan KİV-ləri Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də Bakıda keçirdikləri birgə mətbuat konfransı Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gürcüstanın nüfuzlu 24News.ge, interpress.ge informasiya portalları Azərbaycan Prezidentinin və Avropa İttifaqı Şurası Prezidentinin mətbuat konfransında söylədikləri fikirləri olduğu kimi oxuculara təqdim ediblər.

Bundan başqa, interpress.ge, aktual.ge informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin çıxışlarından maraqlı hissələrdən ayrı-ayrı xəbərlər hazırlayıblar.

Ümumiyyətlə Gürcüstan KİV-ləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, keçirdiyi görüşləri barədə çoxsaylı məlumatlar yayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: