Azərbaycan XİN Pakistana başsağlığı verib

A- A A+

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası nəticəsində həyatını itirənlərlə əlaqədar Pakistan xalqına başsağlığı verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, nazir C.Bayramovun tviter hesabında bununla bağlı etdiyi paylaşımda deyilir: “Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər bizi çox kədərləndirdi. Allah qəzada həlak olanlara rəhmət etsin, yaralılara isə tezliklə şəfa versin. Həlak olanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı veririk”.

Qeyd edək ki, Pakistanın Pəncab əyalətinin Dera Qazi-Xan şəhərində avtobusla treylerin toqquşması nəticəsində 28 nəfər ölüb, 40-dan çox sərnişin yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: