Misir portalı Ağdamda ermənilərin tarixi və mədəni irsə qaşı törətdikləri vandalizmdən və aparılan bərpa-quruculuq işlərindən yazıb

A- A A+

Misirin nüfuzlu “Nile-1” portalında Azərbaycanın 30 il işğal altında qalmış və azad edilmiş torpaqlarında ermənilər tərəfindən dini, tarixi və mədəni irsə qarşı törədilən dağıntılardan, vandalizm aktlarından, cinayətlərdən bəhs edən məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müəllif məqalədə bu yaxınlarda işğaldan azad olunmuş Ağdama səfəri zamanı gördüyü dağıntıları, erməni vandalizminin nəticələrini oxucuların diqqətinə çatdırıb.

Qeyd edib ki, erməni işğalçıları 30 illik işğal müddətində Ağdamda mövcud olmuş bütün dini, tarixi və mədəni abidələri tarixdən silməyə çalışıb, onların böyük hissəsini dağıdıb və talayıb, bəzilərini fars mədəniyyəti abidələri kimi qələmə verib, xüsusilə İslam dininə aid məscidlərdə və digər müqəddəs məkanlarda heyvan saxlayaraq onları təhqir ediblər.

Yazıda Ağdam Cümə məscidi barədə geniş məlumat verən müəllif bu abidənin ermənilər tərəfindən təhqir olunduğunu, orada inək və donuz saxlanıldığını bildirib.

Ağdam Çörək muzeyinin dağıntılarını da ziyarət edən müəllif gördüyü mənzərədən dəhşətə gəldiyini bildirib. O, muzeyin işğaldan əvvəlki şəklini gördüyünü və onun barəsində ətraflı məlumat əldə etdiyini yazıb. Qeyd edib ki, şəkillə gördüyü mənzərəni müqayisə etdikdə, erməni vandalizminin hansı miqyasda olduğunu anlayıb.

Məqalədə, həmçinin işğaldan azad olunduqdan sonra Ağdamda başlanan geniş tikinti-quruculuq işlərindən bəhs edilib, Prezident İlham Əliyevin Ağdama səfərlərinə toxunulub, qısa müddətdə rayonda irimiqyaslı bərpa-yenidənqurma işlərinə başlanıldığı, bu işlərin şəhərin baş planına uyğun həyata keçirildiyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: