Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

A- A A+

İyulun 20-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.

XİN-dən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əmin-amanlıq və tərəqqi arzu ediblər.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: