Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Bəzirxana kəndinin videogörüntülərini paylaşıb - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Bəzirxana kəndinin videogörüntülərini paylaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Bəzirxana kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də azad olunub.