Müdafiə Nazirliyi Qubadlı rayonunun Altınca kəndinin videogörüntülərini paylaşıb - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilən Qubadlı rayonunun Altınca kəndinin videogörüntülərini paylaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşən Altınca kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu kəndi işğaldan azad edib.