Əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılacaq

A- A A+

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənədə əsasən, qanunun 41-ci maddəsi aşağıdakı redaksiyada verilib:

Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: