Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb

A- A A+

İşğaldan azad olunmuş ərazilərimizdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkarlanması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı cari ilin iyul ayı ərzində rayonun işğaldan azad olunmuş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 7 ədəd avtomat, 1 ədəd pulemyot, 1 ədəd “Foqot” qurğusu, 35 ədəd müxtəlif növ qumbara, 30 ədəd müxtəlif növ mərmi və 4850 ədəd müxtəlif çaplı güllə və digər döyüş sursatları aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bu əməliyyatda Minatəmizləmə Agentliyinin əməkdaşları da yaxından iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: