Ərəbdilli KİV-də Ermənistanın sərhəddə təxribatları barədə xəbərlər dərc olunub

A- A A+

Ərəbdilli KİV-də Ermənistanın Azərbaycanla sərhəddə son hərbi təxribatları barədə xəbərlər dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əş-Şərq Əl-Ausat” qəzetində və Misirin “Əl Masr əl Yom” nəşrində dərc edilmiş xəbərlərdə həmin təxribatlar barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatları yer alıb. Hər iki mətbuat orqanının yazılarında bildirilib ki, Ermənistan silahlı qüvvləri tərəfindən açılan snayper atəşi nəticəsində Kəlbəcər rayonunda xidmətdə olan gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Ərəbdilli KİV Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin digər istiqamətlərində təxribatlar törətdiyini də diqqətə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: