Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib - FOTOLAR
İyulun 26-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da iştirak edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.