Yerevanda Səhiyyə Nazirliyinə etiraz edən vətəndaş hökumət evi binasını partlatmaqla hədələyib

A- A A+

Ermənistan paytaxtında Səhiyyə Nazirliyinə etiraz edən vətəndaş “911” xidmətinə zəng edərək hökumət evi binasında bomba yerləşdirdiyini bildirib.

NUHÇIXAN “Panarmenian.net” saytına istinadla xəbər verir ki, Ermənistan FHN-in əməkdaşları dərhal hadisə yerinə gələrək hökumət evindəki insanları təxliyə ediblər. Aparılan araşdırmalardan sonra binada heç bir partlayıcı qurğunun aşkar edilmədiyi haqqında məlumat yayılıb.

Təxliyə olunan işçilərə psixoloji və tibbi yardım göstərilib, hökumət strukturlarının fəaliyyəti bərpa olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: