Qarabağda 1616 erməni cəsədi tapılıb

A- A A+

Bu gün işğaldan azad edilmiş Füzuli rayonu ərazisində aparılan axtarış işləri zamanı daha bir erməni əsgərin cəsəd qalıqları tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, cəsəd əvvəlcə Xankəndiyə aparılıb. Oradan isə şəxsiyyətini müəyyənləşdirmək üçün Ermənistana çatdırılacaq.

Beləliklə, döyüş əməliyyatları bitdikdən sonra – 10 noyabr 2020-ci il tarixdən bəri Qarabağın Azərbaycanın nəzarətinə keçən ərazilərində 1616 erməni cəsədi tapılıb və ya Ermənistan tərəfinə verilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: