Rusiya Prezidenti Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
O deyib ki, Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirib. Müşavirədə ölkənin sosial-iqtisadi inkişafı, Əfqanıstanda, Azərbaycan-Ermənistan sərhədində vəziyyət müzakirə olunub.