Kəlbəcər istiqamətində təxribat törədən Ermənistan hərbçisi yaralanıb

A- A A+

Azərbaycanın Ermənistanla dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni hərbçisi yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə iyulun 29-da səhər saatlarında baş verib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Azərbaycan Ordusunun gördüyü tədbirlər nəticəsində qarşı tərəf cavab atəşi ilə susdurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: