Kreml Ermənistan-Azərbaycan sərhədində atəşkəsin bərpası üçün səy göstərib

A- A A+

Rusiya Ermənistan-Azərbaycan sərhədində atəşkəsin bərpası üçün çox səy göstərib və işlər davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dünən Ermənistan-Azərbaycan sərhədində gərginlik oldu, bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün çox səy göstərdilər. Bu istiqamətdə işlər davam edir. Üçtərəfli razılaşmaları tam şəkildə həyata keçirmək üçün Rusiya Bakı və İrəvanla təmas saxlamaqda davam edir”, - o bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: