Bir qrup xarici jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb

A- A A+

İyulun 30-da Azərbaycanda olan bir qrup xarici jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfərdə İspaniya, İtaliya, Bolqarıstan, İordaniya, Yaponiyadan olan jurnalistlər iştirak edirlər.

Səfərdə məqsəd xarici jurnalistləri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işləri, eyni zamanda Azərbaycan xalqının milli-mədəni irsi ilə tanış etməkdir.

Səfər qısa zamanda inşa olunan Zəfər yolu ilə həyata keçiriləcək. Jurnalistlər işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Şuşa, Ağdam, eləcə də erməni vəhşiliyindən zərər görmüş Gəncə şəhəri ilə tanış olacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: