İordaniyalı jurnalist Qarabağa səfəri haqqında təəssüratlarını bölüşüb

A- A A+

Qarabağa səfər edən iordaniyalı jurnalist Naamat əl-Xora “Əl Ənbat” nəşrində dərc olunan məqaləsində öz təəssüratlarını ərəbdilli oxucularla bölüşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iordaniyalı jurnalist Cəbrayıl rayonunda ermənilərin məhv etdiyi binalar və meşələrdən yazıb. O vurğulayıb ki, əcnəbi jurnalistləri müşayiət edən Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi işğaldan azad edilmiş rayonlarda bərpa-quruculuq işlərinə başlanıldığı, ərazilərin minalardan təmizlənməsindən sonra məcburi köçkünlərin doğma evlərinə qayıdacaqlarını bildirib.

Məqalədə ermənilərin qəbiristanlıqları, mədəniyyət və tarixi-dini abidələri, məscidləri viran qoyduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan bütün dünyada tolerantlıq və dözümlülük ölkəsi kimi tanınır. Burada yaşayan 40-dan çox etnik qrupların nümayəndələri arasında mehriban münasibətlər mövcuddur.

İordaniyalı jurnalist Füzuli-Cəbrayıl avtomobil yolunun tikintisi, bu ərazinin minalardan təmizlənməsindən də bəhs edib. O qeyd edib ki, layihənin rəhbəri yolun tikintisini həyata keçirmək üçün 20 gün müddətində 12 kvadratkilometr ərazinin ermənilərin basdırdıqları minalardan təmizlənməli olduğunu deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: