Nazirlik: Azərbaycan Ordusuna məxsus avtomobilin Ermənistan tərəfindən atəşə tutulması və itkilərin olması barədə məlumat həqiqətə uyğun deyil
Bəzi sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus “Ural” markalı avtomobilin guya Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən minaatanlardan atəşə tutulması və itkilərin olması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan Ordusunun bütün texnikası tam tərkibdə yerindədir.