İordaniya qəzetində “Azad edilmiş Şuşa öz sakinlərini gözləyir” sərlövhəli məqalə dərc olunub

A- A A+

İordaniyanın “Əl Ənbat” qəzetində Qarabağa səfər etmiş iordaniyalı jurnalist Nemət əl-Xuranın “Azad edilmiş Şuşa öz sakinlərini gözləyir” sərlövhəli məqaləsi dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Qarabağın incisi olan Şuşanın azad edilməsi Azərbaycan Ordusunun ən mühüm və şanlı Qələbəsi kimi dəyərləndirilir. Müəllif qeyd edir ki, ermənilərin bu şəhərin əsl sakinləri olan azərbaycanlıların tarixi-mədəni irsini məhv etməsi və onların izini silməyə çalışmasına baxmayaraq, ədalət öz yerini tapdı. İndi Şuşa qədim sakinlərinin yolunu gözləyir.

Yazıda diqqətə çatdırılır ki, Azərbaycan hökuməti Şuşada tarixi-mədəniyyət abidələrini, o cümlədən şəhərin yaxınlığında yerləşən alban monastırının bərpasına başlayıb. Xarici jurnalistləri müşayiət edən Azərbaycan XİN-in nümayəndəsi qeyd edib ki, azərbaycanlılar bütün dinlərə və onlara mənsub olan tarixi abidələrə və məbədlərə hörmətlə yanaşırlar.

İordaniyalı jurnalist Şuşanın ermənilər tərəfindən dağıdılmış qədim qala divarlarının, digər tarixi abidələrin fotoşəkillərini təqdim edib. O, həmçinin 44 günlük müharibə zamanı Ermənistanın raket hücumlarına məruz qalan Gəncə şəhərindən də bəhs edib. Müəllif bildirib ki, həmin hücumlar nəticəsində 26 dinc sakin, o cümlədən 6 uşaq həlak olub, erməni silahlı qüvvələri 5 uşaq bağçası, 5 məktəb və 7 xəstəxanaya raket zərbələri endiriblər. Ən dəhşətlisi isə odur ki, həlak olanların arasında 11 aylıq bir körpə var. Hazırda humanitar fəlakətin miqyasını görmək üçün dağıdılmış bu əraziyə ziyarətçilər və turistlər gəlirlər. “Ermənistan ordusunun dinc sakinləri, o cümlədən uşaqları hədəfə alması, onları qətlə yetirməsi və yaralaması dəhşətvericidir. Bu dəhşəti Gəncədə raket hücumuna məruz qalmış yerlərdə bütün reallığı ilə hiss edirsən”, - deyə iordaniyalı jurnalist məqalənin sonunda yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: