Özbəkistan portalında Qarabağda erməni vandalizmi ilə bağlı xəbər yerləşdirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Özbəkistanın “ishhonch.uz” portalında “Fransa jurnalistləri Qarabağda erməni vandalizmindən dəhşətə gəliblər” sərlövhəli məqalə yerləşdirilib.

Sayt yazır ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya gələn fransız jurnalist Alen Rumestand və fotoqraf Qreqori Erpen işğaldan azad olunan Zəngilan, Qubadlı rayonlarında və Şuşa şəhərində olublar.

Səfər zamanı onlar 30 il ərzində erməni vandalizminin nəticələrinin-dağıdılan şəhər və kəndlərin, yerlə-yeksan edilən məscidlərin, Oxçuçayın və digər su mənbələrimizin çirkləndirilməsinin şahidi olublar.

Onlar bildiriblər ki, Fransaya qayıtdıqdan sonra Qarabağda gördükləri vandalizm siyasəti, azad olunan torpaqların indiki vəziyyəti haqqında geniş məqalələrlə çıxış edəcəklər.

Sayt yazır ki, fransız jurnalistlər Bakının gəzməli yerlərində də olublar. Qonaqlar sosial şəbəkələrdə Azərbaycan paytaxtının onları valeh etdiyini yazıblar.

Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: