İƏT-ə üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyi Ermənistanın təxribatı barədə xəbər yayımlayıb

A- A A+

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) rəsmi saytında Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər rayonu ərazisində erməni silahlı qüvvələrinin Ordumuzun mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatı yayımlanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, yayılan xəbərdə bildirilib ki, sərhədin bu istiqamətində ermənilərin təxribatı davam edir. Diqqətə çatdırılıb ki, avqustun 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasiləsiz atəşə tutub.

Xəbərin sonunda vurğulanıb ki, Müdafiə Nazirliyi qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu və əməliyyat şəraiti bölmələrimizin nəzarəti altında olduğunu bəyan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: