Azərbaycandan göndərilən əlavə yanğın-xilasetmə qrupu bu axşam Türkiyənin Dalaman hava limanına enəcək - Çavuşoğlu
Prezident İlham Əliyevin tapşırığı ilə bu axşam 200 nəfərlik əlavə növbəti yanğın-xilasetmə qrupu təyyarə ilə Türkiyənin Dalaman şəhər hava limanına enəcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Antalya vilayətinin Manavgat rayonunda keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib: "Azərbaycandan yola düşən 40 yanğınsöndürmə texnikası və 162 nəfərlik yanğın-xilasetmə qrupu Gürcüstandan Türkiyəyə daxil olub".