Əlcəzair portalı misirli və livanlı tədqiqatçıların işğaldan azad olunmuş ərazilərə səfəri barədə materiallar dərc edib - FOTOLAR

A- A A+

Əlcəzairin “Əl Hərir” portalında misirli və livanlı tədqiqatçıların Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri barədə silsilə xəbər və fotomateriallar dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, yayımlanan materiallarda diqqətə çatdırılıb ki, Misir və Livan tədqiqatçıları işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidən başlanmış, onlara görkəmli bəstəkar, musiqişünas, ictimai xadim Üzeyir Hacıbəyli, şairə, rəssam və ictimai xadim Xurşidbanu Natəvan, Xalq artisti Bülbülün ermənilər tərəfindən güllələnmiş heykəlləri qarşısında bu dahi şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında məlumat verilib, qonaqlar “Xan qızı” bulağı və Qala divarları ilə tanış olub, Cıdır düzündə şəhərin əsrarəngiz mənzərəsini seyr ediblər. Tədqiqatçılar, həmçinin Cəbrayılda erməni vandalizmin izləri, habelə minatəmizləmə əməliyyatlarını müşahidə edib, bu ərazidə işğal dövründə dağıdılmış qəbirlərin və məscidlərin şahidi olublar.

Əlcəzair portalının dərc etdiyi sonuncu xəbərdə diqqətə çatdırılıb ki, misirli və livanlı tədqiqatçıların Azərbaycanın qədim Gəncə şəhərinə səfəri zamanı onlara erməni silahlı qüvvələrinin törətdiyi dağıntılar, raket hücumu nəticəsində dinc sakinlərin, o cümlədən uşaqların qətlə yetirilməsi barədə məlumat verilib, həmçinin qonaqlar Nizami Gəncəvi muzeyini ziyarət ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: