Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir

A- A A+

Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil. Bu, düşmənin növbəti yalanı və təxribatıdır.

Bunu Azərbaycan Ordusunun bölmələrinin guya əməliyyat keçirməsi barədə Ermənistan mətbuatında alan xəbərlərlə bağlı NUHÇIXAN-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumat işğalçı ordunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: