Cəbrayıl rayonu ərazisində daha iki erməni hərbi qulluqçunun qalığı tapılıb və təxliyyə edilib.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.
Beləliklə, atəşkəsdən sonra azad edilmiş ərazilərdən bu günə qədər 1636 erməni hərbi qulluqçunun qalığı təxliyyə edilib.