Misirin “Əl Vəsilə” qəzetində ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında məqalə dərc olunub

A- A A+

Misirin geniş oxucu kütləsinə malik olan “Əl Vəsilə” qəzetində ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərində törədilən vəhşiliklər haqqında məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Atəşkəsdən sonra üzə çıxan faktlar” sərlövhəli məqalədə misirli tədqiqatçı Əhməd Abdo Tərabik Azərbaycanın Cəbrayıl, Füzuli və Ağdam rayonlarına səfəri zamanı şahidi olduğu vandalizm aktlarını diqqətə çatdırıb. Yazıda qeyd olunub ki, ermənilərin dini məbədlərdə donuz saxlaması tarixdə heç bir istilaçının etmədiyi təhqiramiz faktdır və bu, bütün İslam aləmini təhqir etmək deməkdir. İşğalçı Ermənistanın apardığı etnik təmizləmə siyasəti, atəşkəsdən sonra evlərin, meşələrin məhv edilməsi isə cinayətdir. Ərazilərin həqiqi sahibi olan Azərbaycandan onları boşaltmaq üçün vaxt verilməsini xahiş edib, həmin qısa müddət ərzində minalar basdırmaq da ermənilərin heç bir zaman sülh tərəfdarı olmadığının sübutudur.

Məqalədə Cəbrayıl rayonunda ermənilər tərəfindən dağıdılmış qəbirlər, tamamilə viran qoyulmuş Ağdam şəhəri, Ermənistan silahlı qüvvələrinin mülki əhalini qətlə yetirməsi barədə faktlar da yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: