Ermənistan MN artan fərarilik hallarını örtbasdır edir

A- A A+

Avqustun 22-də, saat 21:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Artur Boris Davidyan yuxarı komandanlığın icazəsi olmadan daimi yerləşmə yerindən çıxıb, bundan bir müddət sonra onunla əlaqə itib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.

Bildirilir ki, ilkin məlumatlara görə, erməni baş leytenant pis hava şəraitində ərazidə azıb.

“Dərhal axtarış-xilaetmə işləri başlayıb, hərbi qulluqçunun Azərbaycan tərəfinə keçməsini təsdiq etmək istiqamətində rus tərəfinin vasitəçiliyi ilə addımlar atılır”, - deyə Ermənistan MN-in məlumatında vurğulanıb.

Qeyd edək ki, bundan bir neçə ay əvvəl də Ermənistan Müdafiə Nazirliyi iki hərbi qulluqçusunun itkin düşməsi barədə məlumat yaymışdı. Lakin iki aydan çox vaxt keçsə də, Ermənistan azan hərbi qulluqçuların Azərbaycan tərəfində olması barədə heç bir sübut təqdim etməyib. Bu, onu deməyə əsas verir ki, Ermənistan ordusu daxilində baş verən özbaşınalıq və “dedovşina” halları nəticəsində fərarilik halları artıb. Ermənistan hərbi rəhbərliyi fərarilik hallarının artmasını ört-basdır etmək üçün onların azaraq guya Azərbaycan ərazisinə keçməsini iddia edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: