Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası maksimum tez başlamalıdır.
NUHÇIXAN İnformasiya Agentliyinin erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
N.Paşinyan bildirib ki, Ermənistandakı siyasi vəziyyətlə əlaqədar yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmayıb.
Baş nazir eyni zamanda Ermənistanın Azərbaycanla regional kommunikasiyaları bərpa etməyə hazır olduğunu bildirib.