Hadrutda evin həyətində bomba tapılıb

A- A A+

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər mütəmadi olaraq davam etdirilir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Xocavənd RPŞ-nin əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən rayonun işğaldan azad edilmiş Hadrut qəsəbəsi ərazisindəki evlərdən birinin həyətində “M-85” markalı bomba aşkar ediblər.

Həmin ərazi dərhal nəzarətə götürülüb və aşkar edilmiş partlayıcı vasitənin zərərsizləşdirilməsi üçün Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib.

Bomba zərərsizləşdirildikdən sonra ərazinin təhlükəsizliyi təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: