Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstandan təxliyəsinə başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, Əfqanıstandakı mövcud vəziyyət və şərtlər dəyərləndirilərək Türkiyə Silahlı Qüvvələrinin bu şəhərdə olan hərbi qulluqçularının təxliyəsinə qərar verilib: “Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1129 mülki şəxs təxliyə edilib".