Azərbaycanla Qazaxıstan arasında vizasız vətəndaşların gediş-gəlişi haqqında sazişə dəyişiklik edilib

A- A A+

Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında 2009-cu il oktyabrın 2-də imzalanmış vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında sazişə protokol şəklində dəyişikliklər edilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, həmin protokolla DMX-nin səlahiyyətlərinə aid olan sazişdəki dəyişikliyə əsasən bir tərəfin dövlətinin vətəndaşı digər tərəfin dövlətinin ərazisində otuz gündən artıq müddətdə qaldıqda, həmin vətəndaş qaldığı tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq həmin dövlətin səlahiyyətli qurumlarında qeydiyyatdan (yerləşmə yeri üzrə uçota durmaq) keçməlidir.

Bununla da, Azərbaycan Respublikasında otuz gündən artıq müvəqqəti olmaq istəyən Qazaxıstan Respublikasının vətəndaşları bu müddət ərzində olduqları yer üzrə qeydiyyata düşməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: