Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıları Vətənə qayıdıblar - FOTOLAR
Əfqanıstan İslam Respublikasında xidmət edən Azərbaycan sülhməramlıları Vətənə qayıdıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ölkənin Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdan 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısının tam heyətdə qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan hərbçiləri avqustun 26-da gecə saat 01:00 radələrində Əfqanıstandan çıxarılıb və onlara məxsus silah və hərbi əmlak Ankara şəhərinə gətirilib.
Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyənin silahlı qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin ediblər.