MDB ölkələri ekspertləri Dövlət Başçılarının bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində Əməkdaşlıq haqqında Bəyanatının layihəsini razılaşdırıblar

A- A A+

MDB ölkələrindən olan ekspertlər Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Dövlət Başçılarının bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığa dair Bəyanatının layihəsini razılaşdırıblar. NUHÇIXAN İnformasiya Agentliyi MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənədə MDB Dövlət Başçıları Şurasının növbəti iclasında baxılması planlaşdırılır.

Qeyd edilir ki, əhalinin sanitariya-epidemioloji rifahı və sağlamlığın təhlükəli bioloji amillərin təsirindən qorunmasının təmin edilməsi, həmçinin bioloji risklərin monitorinqi MDB-nin iştirakçı dövlətlərinin dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Eyni zamanda, ümumi sərhədlər və vahid epidemioloji məkan şəraitində yoluxucu xəstəliklərin yayılması Birliyin bütün ölkələri üçün bərabər təhlükə yaradır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: