Azərbaycanlı kursantlar Türkiyənin Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərindən məzun olublar - FOTOLAR

A- A A+

Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin İstanbulda keçirilən buraxılış mərasimində Azərbaycan da təmsil olunub.

Azərbaycanın Ankaradakı səfirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, müxtəlif qoşun növlərinin komandanları, ölkədə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və digər yüksək rütbəli dövlət və hökumət nümayəndələri qatılıblar.

Mərasimdə Azərbaycanı Silahlı Qüvvələrin Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov təmsil edib.

Hər il olduğu kimi, bu il də məzun zabitlər arasında Azərbaycan Ordusunun hərbi qulluqçuları da yer alıblar.

Hərbi attaşe Müşfiq Məmmədov azərbaycanlı məzunlarla görüşüb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, ötən gün Türkiyənin Yalova vilayətində Milli Müdafiə Universitetinin Miçman İxtisaslaşdırma Məktəbinin 131-ci buraxılış mərasimi keçirilib. Məktəbin 131-ci buraxılışının məzunları arasında azərbaycanlı miçman da olub.

Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov həmin mərasimdə də iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: