Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Tacikistanın ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Tacikistan Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.
Daimi nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, görüşdə iki ölkə arasındakı münasibətlərin və Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, qardaşlaşma, mədəni,iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, hər iki regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.