“Artilleriya atəşinin ustaları” müsabiqəsini uğurla başa vuran Azərbaycan heyəti Bakıya qayıdıb

A- A A+

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan artilleriyaçıları avqustun 4-də Bakıya qayıdıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdikləri müsabiqədə komandamız üçüncü yerə layiq görülüb. Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq “Ən yaxşı məşqçi”, gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə “Ən yaxşı heyət” nominasiyalarının qalibləri olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: