Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən bildirilib.
"Bir daha bildiririk ki, bu tip məlumatlar əsassızdır və Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - deyə nazirliyin yaydığı açıqlamada qeyd edilib.