Misirin nüfuzlu “Əl Masr Əl Yom” nəşrində Laçın rayonunda keçirilən Azərbaycan-Türkiyə birgə təlimi haqqında xəbər dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, xəbərdə bildirilib ki, işğaldan azad edilmiş Laçın rayonu ərazisində birgə döyüş atışlı taktiki təlim Azərbaycan və Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilir.
Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsədin döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsi, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi olduğunu, təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirildiyini bildirib.