Sentyabrın 12-dən 20-dək Bakıda ilk dəfə olaraq keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi ərəbdilli KİV-lər tərəfindən geniş işıqlandırılır.
NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə istinadla nüfuzlu “Arabnews” və “Daily Sabah” qəzetləri birgə təlim haqqında ingilis və ərəb dillərində materiallar dərc ediblər. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən qeyd olunub ki, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.