Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin hərbi rəhbərliyi ilə görüşüb - FOTOLAR

A- A A+

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Həmçinin hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: