Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verir.
Məlumata əsasən, görüşdə, həmçinin Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar da iştirak edib.