Birinci vitse-prezident Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəblilər və tələbələri təbrik edib

203

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 15 sentyabr Bilik Günü münasibətilə paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, paylaşımda deyilir:

"Əziz məktəblilər və tələbələr!

Sizi Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy yeni tədris ili parlaq, yaddaqalan, səmərəli olsun və sizə çoxlu bilik, uğur və nailiyyətlər gətirsin! Sizin zəruri bilik və vərdişlər qazanmağınıza, istedad və qabiliyyətinizi inkişaf etdirməyinizə kömək göstərən bütün müəllimlərə təşəkkürümü bildirirəm! Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq, gözəl əhvali-ruhiyyə və əla qiymətlər arzulayıram!"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: